...

Bakı 2015 Avropa Oyunlarının əsas tərəfdaşlarından biri BP oldu

Cəmiyyət Materials 12 İyun 2014 12:33 (UTC +04:00)
Bu gün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə (BEGOC) ilə BP şirkəti arasında saziş imzalanıb. Trend-in məlumatına görə, sazişə əsasən BP ilk Avropa Oyunlarının əsas sponsorlarından biri olacaq.
Bakı 2015 Avropa Oyunlarının əsas tərəfdaşlarından biri BP oldu

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə (BEGOC) ilə BP şirkəti arasında saziş imzalanıb. Trend-in məlumatına görə, sazişə əsasən BP ilk Avropa Oyunlarının əsas tərəfdaşlarından biri olacaq.

Sazişi Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderlənd imzalayıblar.

BP şirkəti ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft-qaz tərəfdaşı olacaq. Bununla bağlı əldə olunan razılığa əsasən, şirkət Bakı 2015 Avropa Oyunlarını Azərbaycanda təbliğ etməklə yanaşı, Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin - Azərbaycanın medala iddialı olan idmançılarının yetişdirilməsinin maliyyələşdirməyə yardım edəcək.

Azad Rəhimov qeyd edib ki, BP şirkəti uzun illərdi Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır: "BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəkənməsində böyük təcrübəyə malikdir və biz onu Avropa Oyunlarının rəsmi tərəFdaşı kimi qəbul etməkdən məmnunluq duyuruq. Mən əminəm ki, BP-nin dəstəyi bu oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək, eləcə də idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək".

BP-nin vitse-prezidenti İan Saderlənd deyib ki, bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarığa və biliklərə yiyələnərək ölkənin potensialına töhvə verməsi üçün gözəl bir imkandır. "BP şirkəti Azərbaycanın bacarıq və potensiallarının yaradılması istiqamətində göstərdiyi ümumi səyləri gücləndirəcək və layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunliq duyur".

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleq bildirib: "Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı 2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimiayyətini cəlb edəcək və ruhlandıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti