...

Allahşükür Paşazadə Tatarıstana səfər edəcək

Cəmiyyət Materials 12 İyun 2014 12:40 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 13-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə yola düşəcək.
Allahşükür Paşazadə Tatarıstana səfər edəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 13-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər RF Tatarstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd Tatarıstanda İslamın rəsmən qəbul edilməsinin 1125-ci ildönümünə həsr olunmuş Bulqar şəhərində keçiriləcək təntənəli mərasim və tədbirlərdə iştirak etməkdir.

Ənənəvi olaraq keçirilən bu tədbirlərə şeyxülislam A.Paşazadə həzrətləri fəxri qonaq qismində hər il dəvətli olur. Səfər müddətində QMİ sədrinin Tatarıstan Prezidenti R.Minnixanov tərəfindən qəbul ediləcəyi, digər rəsmilərlə, Tatarstan müftisi Kamil Samiqullinlə, həmçinin, orada yaşayan Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti