...

FHN-in Muğan Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2014 14:39 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
FHN-in Muğan Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, müasir Azərbaycan dövlətinin banisinin əziz xatirəsi yad edilib.

Mərkəzin rəisi, polkovnik Mehman Axundov respublikamızın müstəqillik salnaməsində əhəmiyyətli rol oynayan bu əlamətdar tarixdən danışıb, qeyd edib ki, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ölkəni fəlakətdən qurtarıb.

Sonra Regional Mərkəzin və Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüblər. Natiqlər Heydər Əliyevin Azərbaycanın tərəqqisi, iqtisadi inkişafı üçün gördüyü işlərdən, həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıblar. Onlar vurğulayıblar ki, məhz ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycan qısa vaxt ərzində inkişaf etmiş dünya ölkələri sırasına daxil olub.

Tədbirdə Milli Qurtuluş Gününə həsr olunmuş "Dahi şəxsiyyət" sənədli filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti