...

İtaliyanın "L`Osservatore Romano" qəzetində Heydər Əliyev Fondunun fəaliyyətinə dair məqalə dərc olunub

Cəmiyyət Materials 18 İyun 2014 17:01 (UTC +04:00)
İtaliyanın gündəlik "L`Osservatore Romano" qəzetində "Orfey lira ilə qayıdır" adlı məqalə dərc olunub. Məqalədə Müqəddəs Marçellinio və Pietro katakombalarının tarixi və əhəmiyyəti, onların bərpa edilməsi üzrə aparılan işlərdən bəhs olunur.
İtaliyanın "L`Osservatore Romano" qəzetində Heydər Əliyev Fondunun fəaliyyətinə dair məqalə dərc olunub

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Səba Ağayeva/

İtaliyanın gündəlik "L`Osservatore Romano" qəzetində "Orfey lira ilə qayıdır" adlı məqalə dərc olunub. Məqalədə Müqəddəs Marçellinio və Pietro katakombalarının tarixi və əhəmiyyəti, onların bərpa edilməsi üzrə aparılan işlərdən bəhs olunur. Bu barədə Trend Azərbaycanın Fransadakı səfirliyinə istinadən məlumat verir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Vatikanda da akkreditasiya olunub.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun xüsusi rolu qeyd edilir. Mehriban Əliyeva iyunun 2-də Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə bu kompleksdə olub.

Məhz Fondun köməyi sayəsində IV əsrə aid edilən sərdabələrin üzərində bəzi yazıların yenidən bərpa edilməsi mümkün olub. Bu addım xristian dünyası üçün belə vacib abidəyə müsəlman dünyasının ilk töhfəsi kimi qiymətləndirilir.

Məqalənin sonunda qeyd edilir ki, bu töhfə əsl dinlərarası dialoq üçün yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti