...

"Nida"çı gənc üzv olduğu təşkilatdan və AXCP-dən imtina edib (FOTO)

Cəmiyyət Materials 23 İyun 2014 19:33
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, “Azadlıq” qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimliyə, NİDA vətəndaş cəmiyyətinə və Azərbaycan Respublikası Mətbuat Şurasına müraciət edib.
"Nida"çı gənc üzv olduğu təşkilatdan və AXCP-dən imtina edib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, "Azadlıq" qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimliyə, NİDA vətəndaş cəmiyyətinə və Azərbaycan Respublikası Mətbuat Şurasına müraciət edib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məhkum müraciətində qeyd edib ki, o, tutduğu cinayət əməlinə görə məsuliyyətə cəlb edilib:

"Nida" vətəndaş təşkilatının və AXCP-nin üzvlüyündən imtina etməyimi bəyan edirəm. "Azadlıq" qəzetində "vicdan məhbusları" adlandırılan siyahıdan şəklimin çıxarılmağını tələb edirəm. Gənc olduğum üçün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm. Bu mənim şəxsi düşüncəmdən irəli gələn bir müraciətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti