...

SABAH qruplarına qəbul olmaq istəyən tələbələr bazar günü imtahan verəcəklər

Cəmiyyət Materials 4 İyul 2014 15:08 (UTC +04:00)
İyulun 6-da SABAH qruplarına qəbul olmaq istəyən tələbələr üçün imtahan keçiriləcək.
SABAH qruplarına qəbul olmaq istəyən tələbələr bazar günü imtahan verəcəklər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 6-da SABAH qruplarına qəbul olmaq istəyən tələbələr üçün imtahan keçiriləcək.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında təşkil olunacaq.

Burada ölkənin 34 ali təhsil müəssisəsindən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla cəmi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdırlar.

Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dan iyunun 15-dək aparılıb. Bu qruplar 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Tələbələrin seçimi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uyğun aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti