...

“Böyük İpək Yolu” jurnalistlərlə birgə Mətbuat Gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2014 10:41
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələri üçün bayram tədbiri keçirib.
“Böyük İpək Yolu” jurnalistlərlə birgə Mətbuat Gününü qeyd edib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 22 iyul- Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələri üçün bayram tədbiri keçirib.

Trend xəbər verir ki, "Böyük İpək Yolu" BGİ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov tədbirdə iştirak edən jurnalistləri bayram münasibəti ilə təbrik edib və onlara fəaliyyətində uğurlar arzulayıb. Deputatın sözlərinə görə, rəhbərlik etdiyi qurum yarandığı ilk gündən KİV-lə səmərəli və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qura bilib. KİV-in ölkənin ictimai-siyasi həyatda böyük rol oynadığını deyən deputat qeyd edib ki, jurnalistlər öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi faktordurlar.

Dövlətin KİV işçilərinə böyük diqqət göstərdiyini bildirən F. Muradov vurğulayıb ki, prezident İlham Əliyevin jurnalistlərin sosial-məişət problemlərini həlli üçün atdığı addımlar xüsusi ilə təqdirəlayiqdir. "Bu gün dünyada informasiyanın ən güclü silahlardan birinə çevrilib. Bu baxımdan Azərbaycan jurnalistlərinin ölkənin milli maraqlarının qorunmasında, işğal altında olan torpaqlarımızın qaytarılması üçün aparılan prosesdə, ölkəmizin düçar edildiyi ağır faciələrin dünya miqyasında tanıdılmasında böyük məsuliyyəti və müstəsna rolu var".

Ölkənin aparıcı media qurumlarının iştirak etdiyi məclisdə jurnalistlər əlamətdar günlə bağlı təəsüratlarını bölüşüblər. Daha sonra jurnalistlərə tarixi ipək yolu üzərində yerləşən ölkələrin əks olunduğu simvolik hədiyyələr təqdim edilib. Tədbir bayram süfrəsi ətrfında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti