...

Radiasiya Problemləri İnstitutunun direktoruna yeni vəzifə verildi

Cəmiyyət Materials 25 İyul 2014 11:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov yeni vəzifəyə təyin olunub.
Radiasiya Problemləri İnstitutunun direktoruna yeni vəzifə verildi

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov yeni vəzifəyə təyin olunub.

A.Qəribov Trend-ə bildirib ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.

O, bundan sonra əsasən Milli Nüvə Tədqiqatları Mərkəzində fəaliyyətini davam etdirəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti