...

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib (FOTO)

Cəmiyyət Materials 25 İyul 2014 16:48 (UTC +04:00)
Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib.
Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Saray qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaqdır. Bundan sonra sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti