...

Gürcüstanda Krım-Konqo qızdırmasına yeni yoluxma halı qeydə alınıb

Cəmiyyət Materials 18 Avqust 2014 13:21 (UTC +04:00)
Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb. Trend-in məlumatına görə, xəstəliyin əlaməti bir həftə əvvəl yerli sakinlərin birində tapılıb.
Gürcüstanda Krım-Konqo qızdırmasına yeni yoluxma halı qeydə alınıb

Gürcüstan, Tbilisi, 18 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Şida Kartli bölgəsində sayca 19-cu Krım-Konqo qızdırmasına yoluxma halı qeydə alınıb. Trend-in məlumatına görə, xəstəliyin əlaməti bir həftə əvvəl yerli sakinlərin birində tapılıb.

Bölgədə xəstəliyə qarşı vaksinasiya aparılır. Bu ilin aprelində Gürcüstanda bu xəstəlikdən 2 nəfər ölmüşdü. Ölkənin Xaşuri rayonunda sayca 13-cü virusa yoluxma halı qeydə alınıb.

Həkimlərin sözlərinə görə, xəstəlik insan həyatı üçün təhlükədir, lakin vaxtında aşkar edilərsə, xəstəni xilas etmək olar.

Hazırda Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasında 5 nəfər bu xəstəlikdən müalicə olunur, onlardan biri 6 yaşlı qız uşağıdır.

Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Milli Nəzarət Mərkəzindən bilririblər ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti