...

Bakıda 35 nəfəri gün vurub

Cəmiyyət Materials 20 Avqust 2014 10:17 (UTC +04:00)
Bu il yay mövsümü başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər müraciət edib.
Bakıda 35 nəfəri gün vurub

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il yay mövsümü başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər müraciət edib. Bu barədə Trend-ə stansiyadan məlumat veriblər.

Stansiyadan bildiriblər ki, dünən 2 günvruma hadisəsi ilə əlaqədar stansiyaya çağırış olub. Günvurma hadisələrindən ölüm hadisələri qeydə alınmayıb.

Günvurma hadisələrinin baş verməməsi üçün insanlar günün ən isti saatlarında küçəyə çıxmamalıdırlar. Küçəyə çıxan zaman isə özləri ilə çətir və ya gündən qoruyucu papaq və şlyapalar götürməli, çoxlu maye qəbul etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti