...

Bu ilin sonunadək 5 rayonda çoxmənzilli yaşayış evləri əlil və şəhid ailələrinə təqdim ediləcək

Cəmiyyət Materials 22 Avqust 2014 10:37 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sonunadək daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcək.
Bu ilin sonunadək 5 rayonda çoxmənzilli yaşayış evləri əlil və şəhid ailələrinə təqdim ediləcək

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin sonunadək daha 5 rayonda çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinə təqdim edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır.

İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti