Azərbaycan, Bakı, 22 avqust /Trend/
2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, namizədlər "Şəxsi səhifə"lərinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq.
Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcək.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ("İçərişəhər" metrosunun yaxınlığı) müsahibə keçiriləcək.