...

Türkiyəli dövlət qulluqçuları Azərbaycanda təcrübə mübadiləsi aparacaqlar

Cəmiyyət Materials 25 Avqust 2014 17:55 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında arasında təcrübə mübadiləsinin aparılması məqsədilə 2014-cü il avqustun 25-də Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Türkiyəli dövlət qulluqçuları Azərbaycanda təcrübə mübadiləsi aparacaqlar

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında arasında təcrübə mübadiləsinin aparılması məqsədilə 2014-cü il avqustun 25-də Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyadan Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə Türkiyə Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Maliyyə Nazirliyinin və Sosial Müdafiə İdarəsinin təmsilçiləri daxildirlər. Avqustun 25-də Bakıda türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə Komissiya əməkdaşlarının təqdimatları olub.

Tədbirdən öncə qonaqları salamlayan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Türkiyə ilə Azərbaycan xalqlarının qardaş xalq olduğunu və dövlətlərimiz arasında olan münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, bu, türkiyəli dövlət qulluqçularının təcrübə mübadiləsi məqsədi ilə Azərbaycana təşkil olunan altıncı səfəridir. Onun fikrincə, qarşılıqlı səfərlər dövlət qulluğu sahəsində iki qardaş ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namik Ata çıxış edərək dövlətlərimiz arasında olan münasibətlərin dostluq və qardaşlıq münasibətlərinə bir örnək olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Dövlət Kadrlar İdarəsinin şöbə müdiri çıxış edərək dövlət qulluğu sahəsində qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.

Sonra Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət qulluğu sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul", "Dövlət qulluğuna dair qanunvericilik" və "Etik davranış qaydaları" mövzularında təqdimatla çıxış ediblər.

Türkiyəli dövlət qulluqçularının səfəri avqustun 29-dək davam edəcək. Bu müddət ərzində qonaqlar üçün Maliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətlərini əks etdirən təqdimatlar ediləcək. Bundan başqa, qonaqlar qeyd olunan dövlət orqanlarına gedəcək və bu qurumların fəaliyyəti ilə əyani tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti