...

DQİDK: Azərbaycandakı tolerant mühitə zərbə vurmağa cəhd edənlərə qarşı qəti və konkret addımlar atılacaq (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2014 13:23 (UTC +04:00)
Ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edənlərə qarşı qəti və konkret addımlar atılacaq.
DQİDK: Azərbaycandakı tolerant mühitə zərbə vurmağa cəhd edənlərə qarşı qəti və konkret addımlar atılacaq (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edənlərə qarşı qəti və konkret addımlar atılacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DQİDK-nın şöbə müdiri Niyaz Yaqublu Dövlət Komitəsinin dəstəyi ilə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda silsilə seminar-treninqlər çərçivəsində Sumqayıt şəhərində keçirilən tədbirdə bildirib.

Seminarlar Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümü məqsədilə keçirilir. Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar-treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər.

Qeyri-ənənəvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışan N.Yaqublu deyib ki, son vaxtlarda xüsusilə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub: "Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb. Bu tədbirlər gələcəkdə də davam etdiriləcək. Ölkəmizdəki tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaq".

Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqqında danışaraq bildirib ki, qeyd olunan mövzularda müzakirələrin aparıldığı seminar-treninqlərə Dövlət Komitəsi tərəfindən dəstək verilməsi bu sahəyə olan diqqətin nümunəsidir.

Digər çıxışlarda düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərini artırması xüsusilə qeyd olunub. Vurğulanıb ki, dünyaya örnək olan biləcək Azərbaycanın tolerantlıq modeli təbliğ edilməli və bu istiqamətdə tədbirlər gücləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti