...

ƏƏSMN-in "Çağrı mərkəzi"nə edilən şikayət xarakterli müraciətlərin sayı minimuma enib

Cəmiyyət Materials 3 Sentyabr 2014 10:51 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142-“Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşaiyət olunur.
ƏƏSMN-in "Çağrı mərkəzi"nə edilən şikayət xarakterli müraciətlərin sayı minimuma enib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142 - "Çağrı mərkəzi"nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşayiət olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin avqust ayında 142 - "Çağrı mərkəzi"nə daxil olan ümumilikdə 4534 müraciətdən 93,6 faizi (4245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib.

"Çağrı mərkəzi"nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti