...

Haqqın dərgahını uca tutan şəxsiyyət (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2014 00:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Sentyabrın 12-də jurnalist, keçmiş mətbuat və informasiya naziri, Azərbaycan xalq hərəkatının fəallarından olmuş Sirus Təbrizlinin xatirəsinə həsr edilmiş gecə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, S.Təbrizlinin yaxınları, dostları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə S.Təbrizlinin dostları və yaxınları, keçmiş silahdaşları çıxış edərək onun fəaliyyəti haqqında ətraflı söhbət açıblar. Natiqlər qeyd ediblər ki, S.Təbrzli Vətənini, millətini sevən bir insan, Azərbaycan xalq hərəkatının ən cəsarətli və fəal nümayəndələrindən idi. O, hələ Sovet dönəmində demokrat olub, müstəqil Azərbaycan uğrunda müabrizə aparıb.

Qeyd olunub ki, S.Təbrizli heç nədən qorxmayaraq və çəkinməyərək daim həqiqəti deməyi bacaran insan idi. Bildirilib ki, mətbuat və informasiya naziri işləyərkən S.Təbrizlinin müstəqil Azərbaycan jurnalistikasının formalaşmasında əvəzsiz xidmətləri olub.

Daha sonra S.Təbrizli haqqında, o cümlədən onun jurnalist işlədiyi illəri, Azərbaycan xalq hərəkatında çıxışları əks etdirən sənədli film nümayiş etdirilib.

Daha sonra S.Təbrizliyə həsr edilmiş "Haqqın dərgahını uca tutan şəxsiyyət" adlı kitab təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti