...

Bakıda külək davam edəcək, bölgələrdə isə şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 13 Sentyabr 2014 12:55 (UTC +04:00)
Azərbaycan ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Bakıda külək davam edəcək, bölgələrdə isə şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 18-23, gündüz 27-31 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 14-də Azərbaycanın bölgələrində əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, küləkli hava şəraitinin sentyabrın 14-ü axşamadək davam edəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti