Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Ötən gecə Azərbaycanın şimal və qərb rayonlarında bir gecə ərzində düşən yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.
Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.