...

ƏƏSMN: Əsas və əlavə iş yerlərində bağlanmış əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsində məhdudiyyət yoxdur

Cəmiyyət Materials 24 Sentyabr 2014 11:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ünvanlanan ayrı-ayrı müraciətlərdə bir şəxslə iki və daha çox iş yerində bağlanan əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilib-keçirilməməsi ilə bağlı suallar əksini tapır.
ƏƏSMN: Əsas və əlavə iş yerlərində bağlanmış əmək müqaviləsi bildirişlərinin EİS-də qeydiyyatdan keçirilməsində məhdudiyyət yoxdur

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ünvanlanan ayrı-ayrı müraciətlərdə bir şəxslə iki və daha çox iş yerində bağlanan əmək müqavilələri bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilib-keçirilməməsi ilə bağlı suallar əksini tapır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN bununla əlaqədar bildirir ki, cari il iyulun 1-dən ƏƏSMN tərəfindən istifadəyə verilən elektron informasiya sistemi (EİS) bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yaratmır.

Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. EİS-in proqram təminatı hazırlanarkən bu məqam nəzərə alınmışdır. Yəni hər hansı şəxslə əsas iş yerində bağlanmış əmək müqaviləsi bildirişi qeydiyyatdan keçirilərkən bu iş yeri sistemdə də onun əsas iş yeri kimi əksini tapır. Əlavə iş yerində bağlanmış əmək müqavilələri bildirişi isə sistemdə onun əlavə iş yeri kimi qeydiyyatdan keçirilir.

Bütün hallarda EİS-də işçinin yalnız bir əsas iş yeri qeydiyyatdan keçir və sistem əlavə iş yerinin də əsas iş yeri kimi qeydiyyatdan keçirilməsini təmin etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti