...

QUPAİB 7 saylı uşaq evinin sakinlərini sevindirib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2014 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də "Qadın və Uşaq Problemlərinin Araşdırılması" İctimai Birliyinin (QUPAİB) təşəbbüsü ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi və fəalları müqəddəs Qurban bayramı ərəfəsində Saray qəsəbəsindəki 7 nömrəli əqli və fiziki qüsurlu uşaqlar üçün internat evinin sakinləri ilə görüşüblər.

Görüş zamanı təbriklərini, xoş arzu və niyyətlərini çatdıran "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Məmmədova deyib ki, ölkəmizdə hər qəbildən, xüsusən də fiziki və əqli qüsuru olan uşaqlar və böyüklər üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.

K.Məmmədova bildirib ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev həmişə uşaqlara diqqət və qayğı ilə yanaşıb. Qeyd edilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır.

İnternat evinin rəhbərliyi onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə, qonaqlara dərin minnətdarlığını bildirib.

Sonra internat evinin sakinlərinə hədiyyələr verilib. Maraqlı konsert proqramı ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti