...

106 ölkə Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edəcəyini təsdiq edib

Cəmiyyət Materials 3 Oktyabr 2014 18:43 (UTC +04:00)
Oktyabrın 28-29-da Bakıda ilk dəfə olaraq Gənclər Siyasəti üzrə Qlobal Forum keçiriləcək.
106 ölkə Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak edəcəyini təsdiq edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Oktyabrın 28-29-da Bakıda ilk dəfə olaraq Gənclər Siyasəti üzrə Qlobal Forum keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü brifinqdə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, forumun məqsədi gənclər siyasəti sahəsində dünyanın müxtəlif ölkələrinin təcrübələrinin mübadiləsi, gənclərin qanun yaradıcılığı fəaliyyətində daha fəal iştirak etməsi və bu sahədə siyasi qərarların qəbulu və vahid mexanizmin yaradılmasıdır.

O, qeyd edib ki, forum dünya gəncləri arasında son dərəcə maraq doğurur: "Foruma onlayn qeydiyyat üçün tərəfimizdən 200 yer ayrılıb, lakin təqribən 4700 namizəd sifarişlərini verib. Ümumiyyətlə isə dünyanın müxtəlif ölkələrindən təxminən 700 nümayəndənin iştirakı gözlənilir. Hazırda 106 ölkənin iştirak barədə təsdiqini almışıq".

Nazir müavini əlavə edib ki, forumun işində BMT, Avropa Şurası və UNESCO-nun rəhbər nümayəndələri, eləcə də Azərbaycanın yüksəkvəzifəli şəxsləri iştirak edəcəklər.

İ.Babayevin sözlərinə əsasən, Gənclər Siyasəti üzrə I Qlobal Forumun işinin yekunları üzrə Bakı bəyannaməsi qəbul ediləcək: "Bəyannamə tövsiyə xarakterli olacaq və gələcəkdə bütün dünyada siyasi qərarların qəbul edilməsində gənclərin vahid iştirak mexanizminə imkan yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti