...

Qurban bayramı günlərində Bakıda həkimə müraciət edənlərin sayı 5 faiz artıb

Cəmiyyət Materials 7 Oktyabr 2014 10:50 (UTC +04:00)
Qurban bayramı günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayı təxminən 5 faiz artıb.
Qurban bayramı günlərində Bakıda həkimə müraciət edənlərin sayı 5 faiz artıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qurban bayramı günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayı təxminən 5 faiz artıb. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.

Onun sözlərinə görə, adi günlərdə Bakıda gün ərzində təxminən 1800 çağırış olursa, bayram günlərində bu çağırışlar 1900-ə yaxın olub. Müraciət edənlərin təxminən 10 faizi xəstəxanalara yerləşdirilir.

O.Şahmalıyev bildirib ki, müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub: "Bayram günlərində mədə-bağırsaq pozuntusu ilə bağlı müraciət edən xəstələrin sayı da əvvəlki günlərlə müqayisədə artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti