...

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2014 19:01 (UTC +04:00)
Hazırda Silahlı Qüvvələrimizin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Bu gün Bakıda yerləşən "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Silahlı Qüvvələrimizin 90 hərbi qulluqçusu, iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti