...

Bakıda avaraçılıq və dilənçiliyə görə saxlanılmış 36 nəfər Yevlaxa göndərilib

Cəmiyyət Materials 22 Oktyabr 2014 13:42 (UTC +04:00)
Bakının Binəqədi rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb.
Bakıda avaraçılıq və dilənçiliyə görə saxlanılmış 36 nəfər Yevlaxa göndərilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Binəqədi rayonunda avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 36 nəfər saxlanılıb və barələrində inzibati tədbir görülərək yaşadıqları Yevlax şəhərinə göndəriliblər. Saxlanılanlardan 19-u qadın, 3-ü kişi, 14-ü azyaşlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti