...

Bakıda bəzi parkomatlar eybəcər hala salınıb (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 17:30 (UTC +04:00)
Bakıda müvəqqəti duracaqlarda quraşdırılmış parkomatlara qarşı vandalizm aktları qeydə alınıb.
Bakıda bəzi parkomatlar eybəcər hala salınıb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda müvəqqəti duracaqlarda quraşdırılmış parkomatlara qarşı vandalizm aktları qeydə alınıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) Trend-ə bildiriblər ki, oktyabrın 22-də axşam saatlarında paytaxtın Mərdanov qardaşları 41, Sabir Zeynalov 3 və Süleyman Rüstəm küçələrində müvəqqəti duracaqlarda quraşdırılmış parkomatlara qarşı vandalizm aktları qeydə alınıb.

Naməlum şəxslər tərəfindən aparatlara ziyan vurulub. Hazırda parkomatları eybəcər hala salmış şəxslərin tapılması istiqamətində işlər aparılır.

Trend eybəcər hala salınmış parkomatların fotoşəkillərini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti