...

Azərbaycan qış vaxtına keçdi

Cəmiyyət Materials 26 Oktyabr 2014 04:01 (UTC +04:00)
Azərbaycanda yay vaxtı ləğv edildi.
Azərbaycan qış vaxtına keçdi

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycanda yay vaxtı ləğv edildi.

Trend-in məlumatına görə, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 26 oktyabr 2014-cü il tarixində saat 05:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən, hər il mart ayının son bazar günü isə əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti