...

Gənclər Siyasəti üzrə I Qlobal Forum iştirakçılarında Ebola virusu var?

Cəmiyyət Materials 28 Oktyabr 2014 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumun iştirakçılarında Ebola virusu ilə bağlı heç bir problem yoxdur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini qeyd edib ki, sadəcə olaraq, bəzi ölkələrdən iştirakçıların sayından çox nümayəndə gəlib ki, biz onları geri qaytarmışıq: "Hazırda nə qədər ölkədən iştirakçı dəvət etmişiksə, onlar burada iştirak edir. Yəni geri qaytarılanlar Ebola virusu ilə bağlı deyil. Ebola virusunun tüğyan etdiyi 3 ölkə forumda iştirak etmir".

İ.Babayev bildirib ki, forumda iştirak etmək üçün Sierra Lion, Liberiya və Qvineyaya muraciət edilib, lakin onlar öz istəkləri ilə forumda istirak etmirlər. Amma bu ölkələrin nazirləri konfransa videomuraciətlə qoşulacaqlar. Səhiyyə Nazirliyinin nümayəndələri hava limanındadırlar və vəziyyətə nəzarət edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti