...

"Park bulvar"da "Ölkələrin paradı" adlı festival keçirilir

Cəmiyyət Materials 3 Noyabr 2014 14:16 (UTC +04:00)
1 noyabrın tarixindən “Park bulvar” ticarət və əyləncə mərkəzində (dənizkanarı bulvar ərazisində) “Ölkələrin paradı” adlı festival başlanır. Festivalda 20-yə yaxın ölkənin nümayəndəsi iştirak etməklə, bir il müddətində həyata keçiriləcək.
"Park bulvar"da "Ölkələrin paradı" adlı festival keçirilir

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

1 noyabrın tarixindən "Park bulvar" ticarət və əyləncə mərkəzində (dənizkanarı bulvar ərazisində) "Ölkələrin paradı" adlı festival başlanır. Festivalda 20-yə yaxın ölkənin nümayəndəsi iştirak etməklə, bir il müddətində həyata keçiriləcək. Festivalın açılışı 1 noyabr 2014-cü il, saat 17:00-da Rusiya Federasiyasının möhtəşəm "Rusiyaya pənəcərə" adlı mədəniyyət şousu ilə baş tutub və 7 noyabr tarixinə qədər davam edəcək.

Festivalın proqramı:

-Sərgidə gənc və yeniyetmə rəssamların "Vətən, M.Y. Lermontov və M.F. Axundovun dodaqları ilə " və "Nar ağacı".adlı rəsmləri nümayiş eəcəklər. Nümayiş olunan rəsmlərin çox hissəsi Bakı şəhərində yerlləşən Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin nəznində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Mərkəzinə məxsusdur.

-Sərgidə Rusiyanın xalq sənətkarlıq işləri və suvenirləri nümayiş olunacaq.

- Proqramın açılışı "Park bulvar" ticarət və əyləcnə mərkəzinin birinci mərtəbəsində arzu edənlər üçün beş dəqiqəlik gimnastika dərsi olacaq. Bu dərs Bakı-2015 ilk Avropa yay olimpiya oyunlarına həsr olunacaq. keçiriləcək. Dərsi bədii gimnastika üzrə üçqat Azərbaycan çempionu,əməkdar məşqçi Nurcahan Əsgərova və onun yetirmələri keçəcək. Gümanki bu dərs mətbuat və televiziya nümayəndələri tərəfindən geniş nümayiş olunacaq.

- Gimnastika dərsi bitdikdən sonra gənc estrada mahnılarının ifaçıları və rəqqasları konsert proqramı ilə çıxış edəcəklər.Proqram rus və azərbaycan mahnı və rəqslərindən ibarət olacaq.

- Proqram davam etdikcə qonaqları qız və oğlanlanlardan ibarət uşaq moda nümayişi gözləyəcək.Nümayişdə Azərbaycan və Rusiyanın ənənələrini özündə birləşdirən gənc modelyerlərin işləri sərgilənəcək.
- "Park Bulvar" ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsinə məlumat mərkəzi xidmət göstərəcək, hansıki "Rusiya universitetlərinə necə qəbul olmaq olar?" sualı ilə qonaqları cavablandıracaq.

- Bütün gün ərzində qonaqlara əyləncə mərkəzinin üçüncü mərtəbəsində yerləşən "Kalinka" kafesində rus mətbəxinin nümunələri təqdim olunacaq.

Bu geniş miqyaslı mədəni festival "Park Bulvar" ticarət və əyləncə mərkəzinin dəstəyilə Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəssamlərı və rəqqasları, gənc yaradıcılıq klubu olan "Sozvezdie" tərəfindən həyata keçiriləcək.

Əlavə məlumatlar üçün
Tel: 598-80-80, 598-80-00,
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti