Reseptlərin yeni formada yazılması "həkim-firma" əməkdaşlığına son qoya bilərmi?

Reseptlərin yeni formada yazılması "həkim-firma" əməkdaşlığına son qoya bilərmi?

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanda müvafiq müayinə və müalicə standartları, yəni protokolları olmadığından müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparılır. Bu da konkret xəstələrin müayinə və müalicəsi zamanı onlara lazım olmayan dərmanların təyin edilməsinə, xidmətlərin göstərilməsinə imkan verır.

Trend-in məlumatına görə, bu kimi halların nəticəsidir ki, bu gün əlavə gəlir əldə etmək üçün dərman preparatlarını ölkəyə idxal edən, onların satışını təşkil edən şirkətlərlə sövdələşmələr aparan bəzi həkimlər xəstələrinə müalicə üçün məhz həmin şirkətlərin tövsiyə etdiyi dərmanların adlarını yazır, ehtiyac olsa da, olmasa da, xəstələrini razılıq əldə etdiyi klinikalara müayinələrə, analizlər verməyə göndərirlər. Bunun müqabilində isə qarşı tərəf həkimlərə vaxtlı-vaxtında müəyyən məbləğdə pul ödəyir.

Bir çox ölkələrdə, o cümlədən qonşu Rusiyada "həkim-firma" əməkdaşlığına imkan verməmək üçün çox effektiv bir üsuldan istifadə edilir - reseptlərdə dərmanların adları deyil, onların aktiv maddələrinin adı yazılır.

Hələ bir neçə il əvvəl "həkim-firma" əməkdaşlığına qarşı mübarizə aparmağa başlayan Səhiyyə Nazirliyi də problemin həlli üçün firma blanklarında reseptlərin yazılmasına qadağa qoydu və həkimlər qarşısında reseptlərin nazirlik tərəfindən təsdiqlənmiş vahid resept blanklarında yazılması tələbini irəli sürdü. Bu məqsədlə nazirlik tərəfindən çap olunmuş blankların dövlət və özəl tibb müəssisələrinə paylanılmasına da başlanıldı. Bu gün xəstəxanaların çoxunda həqiqətən Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş blanklardan istifadə edilsə də, bu tədbir tam səmərə verə və gizli əməkdaşlığa son qoya bilməyib.

Belə "əməkdaşlığ"ın qarşısını almaq üçün istifadə edilən digər primitiv yol - dərman şirkətlərinin nümayəndələrinin xəstəxanalara daxil olması ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi də bu gün öz səmərəsini vermır. Şirkətlərin nümayəndələri giriş üçün xüsusi tələblərin qoyulmadığı dövlət xəstəxanalarının binalarına çox rahatlıqla daxil ola və istədiyi həkimlə sövdələşmə apararaq dərmanlarının satışı və ya xidmətləri ilə bağlı təbliğatlarına nail ola bilirlər.

Sözsüz ki, elmin nailiyyətləri dərman bazarına da yeni dərmanların çıxmasına şərait verir və bütün dünyada olduğu kimi, Azərbaycanda da həkimlər dövlət qeydiyyatından keçmiş yeni dərmanlardan öz xəstələrinin müalicəsi üçün istifadə edə bilərlər. Ancaq problem ondadır ki, Azərbaycanın əksər həkimlərini xəstələrinin daha effektiv müalicə olunmasından çox həmin dərmanlar və ya xidmətlər vasitəsilə daha çox gəlir əldə etməsi maraqlandırır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev da bu fikirdədir ki, əgər yeni dərmanlar dövlət qeydiyyatından keçibsə, onlar həkimlərə tanıdılmalıdır. Amma dərman şirkətlərinin nümayəndələri bunun üçün ayrı-ayrı həkimlərin qəbuluna bir-bir getməli deyillər. Dərman şirkətlərinin nümayəndələri həkimlərə yeni dərmanların tanıdılmasını sivil formada həyata keçirməlidirlər. Məsələn, nazır müavini təklif edir ki, xəstəxanalarda həkimlər üçün keçirilən 5 dəqiqəlik iclaslarda həkimlərə bu dərmanlar barədə məlumatlar verilə bilər.

İnsanların sağlamlığının tibb sahəsində çalışanlar üçün ən önəmli məsələ olduğunu xatırladan E.Ağayev bu məsələnin həllini həm də həkimin özünün vicdanına buraxır: "Bizim borcumuz həkimlərimizi xəbərdar etməkdir. Biz baş mütəxəssislərimizə də deyirik ki, bu istiqamətdə təbliğat işi aparsınlar. Xəstəyə lazım olmayan dərmanı heç bir halda yazmaq olmaz. Artıq bu məsələ bir qədər həkimin vicdanına da buraxılır. Dərmanın seçimi bir tərəfdən xəstənin özündən asılıdır. İnsanların bu sahə üzrə bir qədər maarifləndirilməsinə ehtiyac var. Onlar özləri də haqlarını tələb edə bilərlər".

"Həkim-firma" əməkdaşlığına son qoya biləcək addımlardan biri olan konkret müayinə və müalicə standartlarının hazırlanmasına gəldikdə, Baş nazirin müavini Əli Əhmədov hesab edir ki, icbari tibbi sığorta zamanı protokollarsız müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Hazırda Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır.

Səhiyyə sahəsi üzrə tanınmış mütəxəssis, həkim Qalib Əliyev isə Trend-ə bildirib ki, belə əməkdaşlıqların qarşısını almaq üçün ilk növbədə həkimlərin əməkhaqlarını qaldırmaq lazımdır və digər kompleks tədbirlər həyata keçirmək lazımdır ki, onun əlavə gəlir əldə etmək üçün yollar fikirləşməsinə ehtiyac qalmasın.

Q.Əliyevin sözlərinə görə, dünyanın çox ölkələrində reseptlərində firmaların dərmanlarının adlarının yazılması qadağan edilib. Buna görə də Azərbaycanda da belə halların qarşısını almaq üçün reseptlərdə dərmanların adları deyil, onların tərkibindəki əsas aktiv maddənin adı qeyd edilməlidir. Məsələn, xəstəyə tərkibində dəmirlə zəngin olan dərman preparatı lazım olduğu zaman reseptə həmin dərmanın adı deyil, dərman preparatının adı yazılmalıdır. Belə olduqda hansı ölkənin və ya şirkətin dərmanının alınmasını xəstə özü müəyyən edə və seçim apara biləcək.

Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Loading Bars
Xəbər lenti
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
“Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat
GUAM PA komitələrinin birgə iclasında Qarabağ məsələsi müzakirə edilib
Cəlilabad və Masallıda daha 2 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)
Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
Türkiyədən Azərbaycana polad ixracı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Prezidentə məktublar: Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir
Laçının Hüsülü və Malıbəy kəndləri (VİDEO)
Zəngilanda yük maşını aşıb, sürücü ölüb
Qarabağ münaqişəsi birdəfəlik həll edildi - Tarixçi alim
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Zəngilanda növbəti dəfə 400 tut ağacı əkildi (FOTO)
Rusiyada koronavirusa 28 mindən çox şəxs yoluxdu
Əslində Minsk qrupu münaqişəni həll etmək istəməyib - Detallar indi üzə çıxır
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb və ya qəsdən çirkləndirilib - AMEA-nın vitse-prezidenti
ABŞ-da "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb (FOTO)
İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
Azərbaycanda şəhid ailələrinə dəstək üçün 'Bir millət, bir ürək' təşəbbüsü
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Azərbaycan nefti bahalaşıb
Baş infeksionist evdə müalicə olunan xəstələrə xəbərdarlıq edib
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir
Bakı Ali Neft Məktəbində Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı uğurla davam edir (FOTO)
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
Şabranda COVİD-19 xəstəsi saxlanılıb
Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub
Yerevanda zavod yanıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib
"Azərişıq" elektrik enerji itkilərini azaldıb
Bütün xəbərlər