...

Qərbi Afrika ölkələrində Ebola epidemiyasını saxlamaq mümkün deyil

Cəmiyyət Materials 13 Noyabr 2014 08:01
Qərbi Afrika ölkələrində hələ ki Ebola (BVVE) virusu xəstəliyinin yayılmasını dayandırmaq mümkün deyil.
Qərbi Afrika ölkələrində Ebola epidemiyasını saxlamaq mümkün deyil

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Qərbi Afrika ölkələrində hələ ki Ebola (BVVE) virusu xəstəliyinin yayılmasını dayandırmaq mümkün deyil. Trend TASS agentliyinə istinadən bu barədə çərşənbə günü təxsisatlar üzrə senat komitəsində dinləmələrdə ABŞ dövlət katibinin birinci müavini Xizer Xiqqinbottom bildirib.

"Biz bəzi ümidverici əlamətləri görürük, lakin görünür ki, epidemiya hələ nəzarət altında deyil ", - o, qeyd edib, xatırladaraq ki, ölümcül təhlükəli virus artıq 5 mindən çox insan həyatını aparıb. Xiqqinbottom əlavə edib ki, " BVVE-nin ABŞ-da bəzi halları nümayiş etdirdi ki, o milli təhlükəsizlik məsələsidir".

BVVE ilə bağlı ən ciddi vəziyyət Liberiyada, Syerra Leonedə və Qvineyada yaranıb. Xəstəliyin bəzi halları həmçinin Malidə, Nigeriyada, Seneqalda və İspaniyada təsbit edilib.

Xəbər lenti

Xəbər lenti