...

"Ölkəmizi tanıyaq" tur-aksiyasının ikinci mərhələsi sona çatdı (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 18:20 (UTC +04:00)
17 noyabr 2014-cü il tarixində ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyası layihəsi çərçivəsində 09 noyabr 2014-cü il tarixində yola salınmış məktəblilərimiz geri döndülər.
"Ölkəmizi tanıyaq" tur-aksiyasının ikinci mərhələsi sona çatdı (FOTO)

17 noyabr 2014-cü il tarixində ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiya layihəsi çərçivəsində 9 noyabr 2014-cü il tarixində yola salınmış məktəblilərimiz geri döndülər.

Tur-aksiya çərçivəsində Füzuli-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşrutu üzrə yola düşən gənclər həmin regionların qədim tarixi, mədəniyyət abidələri, müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanış oldular.

Həmçinin qeyd edək ki, "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində keçirilən intellektual vvə futbol oyunun qalibi də məhz Qaradağ rayonunun məktəbliləri olub.

Məktəbliləri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyəti qarşıladı. Məktəblilərin səyahət barədə fikirləri dinlənildi və onlara təhsillərində uğurlar arzulandı.

Məktəblilər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti