...

Ali Məhkəmənin sədri: Məhkəməyə daxil olan kassasiya şikayətləri əsasən mülki işlərlə bağlıdır

Cəmiyyət Materials 19 Noyabr 2014 16:19
Azərbaycan MDB-də cinayət işlərinin sayının ən aşağı səviyyədə olduğu ölkədir.
Ali Məhkəmənin sədri: Məhkəməyə daxil olan kassasiya şikayətləri əsasən mülki işlərlə bağlıdır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan MDB-də cinayət işlərinin sayının ən aşağı səviyyədə olduğu ölkədir. Trend xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib.

R.Rzayevin sözlərinə görə, məhkəməyə daxil olan kassasiya şikayətləri əsasən mülki işlərlə bağlıdır: "Ali Məhkəmədə, ümumiyyətlə, Azərbaycan məhkəmələrində baxılan işlərin 80 faizi mülki və iqtisad işləri ilə bağlıdır".

O, qeyd edib ki, cinayət işlərinin sayı isə stabildir: "Son 15-20 ildə demək olar ki, eyni səviyyədə qalıb. Azərbaycan MDB-də cinayət işlərinin sayının ən aşağı səviyyədə olduğu ölkədir. Orta hesabla il ərzində ölkədə hərbi və digər cinayətlər də daxil olmaqla 15 minə qədər cinayət işi olur. Qalan 165 min işdən çoxu mülki və iqtisad işləri ilə əlaqədar olub".

Ali Məhkəmənin sədri həmçinin əlavə edib ki, Avropa Məhkəməsində Azərbaycanla bağlı qəbul edilən qərarların təhlili göstərir ki, onların da əksəriyyəti mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti