...

Gəncə YAP-çıları ASAN-da (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2014 09:27 (UTC +04:00)
Gəncə şəhər Asan Xidmət mərkəzində YAP-ın yaranmasının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
Gəncə YAP-çıları ASAN-da (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Gəncə şəhər Asan Xidmət mərkəzində YAP-ın yaranmasının 22-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yap Gəncə şəhər Təşkilatınn sədri Naqif Həmzəyev giriş sözü ilə çıxış edərək, bu gün partiyanın keçdiyi yoldan, ulu öndərin Azərbaycana rəhbərliyi illərində tarixi xidmətlərindən ölkənin qısa müddət ərzində inkişaf etmiş iri sənaye respublikaları sırasına daxil olması üçün siyasi iradə və qətiyyət göstərən ulu öndərin dövlətçilik fəaliyyətindən danışdı. Naqif Həmzəyev vurğuladı ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi kimi dəyərlərin təbliğinə xüsusi yer verir. Tədbir iştirakçılarından YAP Gəncə Qadınlar Şurasının sədri, GDU-nun prorektoru Pərvin Kərimzadə, Gəncə musiqi kollecinin direktoru Gülçin Mirzəyeva, Gəncə Asan Xidmətin müdiri Elnur Rzayev Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdilər ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərib. Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin regionun liderinə çevrilməsində Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu vardır.

Gəncə şəhər Asan xidmət mərkəzində çalışan könüllülərin bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlülük vəsiqələri təqdim edildi. YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin büstü qarşısında tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti