Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakının "20 Yanvar" dairəsində hərəkət bərpa olunub, əvəzində Moskva prospekti bağlanıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, 20 Yanvar dairəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Aparılan təmir işləri ilə əlaqədar Moskva prospektində "20 Yanvar" dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Moskva prospekti - əsas yol və Asif Məhərrəmov küçələrindən istifadə etmələri tövsiyə olunur.