Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Noyabrın 24-dən Avropanın nüfuzlu telekanallarından biri hesab olunan "Euronews" öz təcrübəsini İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları ilə bölüşməyə başlayıb.
İctimai Teleradio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, hər iki telekanal arasında bağlanmış müqaviləyə əsasən, "Euronews"un Xarici Əlaqələr üzrə redaksiyasının rəhbəri Jutta Scheffer və İstanbul şöbəsinin muxbiri Dr. Bora Bayraktar Bakıya gəlib.
Noyabrın 29-na qədər davam edəcək ustad dərsləri "Carçı" xəbərlər proqramının reportyorları üçün nəzərdə tutulub. Gələn ilin fevral-mart aylarında keçirilməsi gözlənilən ustad dərslərindən isə İTV-nin aparıcıları yararlana biləcəklər.