...

Avropa Yəhudilərinin Bakı dini icması diqqət və qayğıdan məmnundur

Cəmiyyət Materials 27 Noyabr 2014 18:47
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub.
Avropa Yəhudilərinin Bakı dini icması diqqət və qayğıdan məmnundur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Yəhudilərinin Bakı dini icmasında olub.

Komitədən Trend-ə verilən məlumata görə, qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə keçirilən görüşdə M.Qurbanlı Avropa Yəhudilərinin sinaqoqu və dini icmanın fəaliyyəti ilə tanış olub. Dini icmanın fəaliyyəti haqqında məlumat verən icma sədri Gennadi Zelmanoviç həm Dövlət Komitəsi, həm də hökumət tərəfindən dini icmaya göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirib.

İcma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub.

Dövlət Komitəsinin sədri dinə dövlət qayğısından danışaraq bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir: "Azərbaycanda insanların dini etiqad azadlığının təmin olunması və qorunması üçün hüquqi baza var və hər bir vətəndaşın etiqad azadlığı dövlətin təminatı altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti