...

DİN: Bakı Şəhər Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi vəzifəsindən azad edilib

Cəmiyyət Materials 15 Dekabr 2014 16:08 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifəsindən azad olunublar.
DİN: Bakı Şəhər Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakı Şəhər Baş Polis İdarəsinin 9 vəzifəli şəxsi işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifəsindən azad olunublar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

İşdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.

Qeyd olunmalıdır ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti