...

Elmin İnkişafı Fondu kiçik elmi layihələrə vəsait ayırmayacaq

Cəmiyyət Materials 17 Dekabr 2014 17:04 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq.
Elmin İnkişafı Fondu kiçik elmi layihələrə vəsait ayırmayacaq

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu bundan sonra kiçik elmi layihələrə qrant vəsaiti ayırmayacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə AMEA-nın Direktorlar Şurasının bu gün keçirilən iclasında bildirib.

O, qeyd edib: "Artıq bu barədə danışmışıq. Fond bundan sonra kiçik işlərə görə elan verməyəcək. Dörd ildir ki, pullar gedir. Düzdür, xeyri var, amma lazımi effekti almamışıq. Bizə başqa mənbədən pul gəlmir. Ona görə də büdcə pulunu belə israfçılıqla xərcləyəndə irəli gedə bilmirik".

A.Әlizadə Azərbaycan elminin dünya elminin istiqamətlərinə uyğun iş aparmasını da vacib sayıb: "Biz dünya elminin geridə qalan hissəsindən deyil, öndə gedən hissəsindən tutmalıyıq. Biz elmi büdcədə olan pulu elə xərcləməliyik ki, həmin vəsait elmin öndə gedən hissəsinə sərf edilsin".

AMEA prezidenti onu da qeyd edib ki, Azərbaycan elminin yenilikləri Akademiyanın məlumat bankında yerləşdirilməlidir: "Bu halda həmin yeniliklərlə maraqlanan xarici şirkətlər müraciət etdikdə onlardan istifadə etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti