...

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb

Cəmiyyət Materials 24 Dekabr 2014 13:59 (UTC +04:00)
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlhamə İsbalayeva/

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

M.Pənahov qeyd edib ki, "Qaynar xətt"ə 150-yə yaxın məlumat və sorğu xarakterli zənglər edilib: "Onlar da operativ şəkildə cavablandırılıb. Sosial şəbəkələrdə müəyyən kadrlar yayılıb. Həmin kadrlar bizim tərəfimizdən araşdırılacaq".

MSK sədri deyib ki, səsvermə başa çatdıqdan, məntəqələrdə, dairələrdə ilkin nəticələr elan edildikdən, nəticələr rəsmi şəkildə namizədlərin özlərinə və onların təmsilçilərinə təqdim edildikdən sonra onların 20 gün müddətində MSK-ya müraciət etmək hüququ var.

Belə müraciətlər olarsa, onların da araşdırılacağını deyən MSK sədri qeyd edib ki, komissiya hər bir müraciətlə bağlı konkret qərar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti