...

Türkiyəli media nümayəndələri Mətbuat Şurasında (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2014 16:48 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında (MŞ) ölkəmizdə səfərdə olan Türkiyənin GAP Qəzetçilər Birliyinin təmsilçiləri ilə görüş keçirilib.
Türkiyəli media nümayəndələri Mətbuat Şurasında (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Mətbuat Şurasında (MŞ) ölkəmizdə səfərdə olan Türkiyənin GAP Qəzetçilər Birliyinin təmsilçiləri ilə görüş keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılmış Mətbuat Şurasının təcrübəsi bir çox qonşu ölkələrdə tətbiq edilir. Ə.Amaşov, xüsusən də Şuranın şikayətlərin araşdırılması ilə bağlı gördüyü işlərdən söz açıb.

Türkiyə və Azərbaycanın media qurumları arasındakı əlaqələrdən danışan MŞ sədri münasibətlərin daha da dərinləşməsini zəruriləşdirən səbəblər üzərində dayanıb. Mövcud xüsusda ortaq dəyərlərimizin və həqiqətlərimizin təbliğinə duyulan ehtiyacı, dünyada mövcud olan ikili standartlar siyasətinə qarşı mübarizədə kütləvi informasiya vasitələrinin oynadıqların rolun əhəmiyyətini önə çəkib.

GAP Qəzetçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, birliyin üzvləri Hatim Özpolat, Fəxrəddin Çelik, Mustafa Saim Ayhan və başqaları Türkiyə və Azərbaycan mediası arasında mövcud təmaslardakı konkret xüsusiyyətlərdən söz açıblar. Onlar da münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini əsaslandırıblar. Həmçinin qondarma "erməni soyqırımı" iddiasının 100 illiyinin yaxınlaşdığı zaman kəsiyində erməni diaspor və lobbi təşkilatlarının təbliğatına qarşı məqsədyönlü əks təbliğatın aparılması üçün birgə fəaliyyətin koordinasiya edilməsinin zəruriliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti