...

Bayram günlərində Bakıda həkimə müraciət edənlərin sayı artıb

Cəmiyyət Materials 2 Yanvar 2015 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında artım qeydə alınıb. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.

Onun sözlərinə görə, adi günlərdə Bakıda gün ərzində təxminən 1800 çağırış olursa, bayram günlərində bu çağırışlar 2000-ə yaxın olub.

O.Şahmalıyev qeyd edib ki, artımın səbəblərindən biri adi tibb müəssisələrinin bayram günlərində işləməməsidir.

O, əlavə edib ki, adi günlərdə olduğu kimi müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti