...

General-mayor Həsən Şirinov vəzifəsindən uzaqlaşdırılıbmı?

Cəmiyyət Materials 7 Yanvar 2015 10:53 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
General-mayor Həsən Şirinov vəzifəsindən uzaqlaşdırılıbmı?

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

BŞBPİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, son günlər internet və çap mediada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız xəbərlər yayılır.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəsmən bildirir ki, bu xəbərlər həqiqətə uyğun deyil. "Polis general-mayoru Həsən Şirinov hal-hazırda Baş İdarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti