...

Yol polisi: Bakıda şəhərin yolları normal vəziyyətə salınır

Cəmiyyət Materials 8 Yanvar 2015 23:02 (UTC +04:00)
Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Yol polisi: Bakıda şəhərin yolları normal vəziyyətə salınır

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bakı yol polisi paytaxtın bütün inzibati ərazisi üzrə səfərbər edilərək hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hal-hazirda Baki şəhərində gərargah yaradılıb, şəhərin inzibati ərazisində İcra Hakimiyyətinin qış qarajına məxsus olan 30-a yaxın qumtokən və 20-yə yaxin duzsəpən texnika cəlb olunub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin texnikası şəhərin kənarında təmizlik işləri aparır.

Gərginlik Bakıxanov körpüsündən başlayaraq Tbilisi prospekti üzrə 20 Yanvar dairəsi istiqamətində, həmçinin şəhərin "Şamaxinka" adı ilə tanınan ərazidən Xırdalan, Sumqayıt yolu istiqamətində buzlaşma müşahidə olunur. Həmin ərazidə avtomobillər tam dayanıb.

Hazırda təmizləyici texnikanın köməyi vasitəsi ilə şəhərin yolları normal vəziyyətə salınır.

İndiyədək sürücülərin yoldakı vəziyyəti düzgün qiymətləndirməməsi nəticəsində 18 maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bunların yeddisində sürücülər zərər çəkmiş nəqliyyat vasitələrini tərk ediblər.

"Əhali və avtomobil sahibləri ictimai nəqliyyatdan istifadəyə və yaxud peşəkar sürücülərin köməyi ilə müvafiq ünvana çatmağa üstünlük verməli, işiqforların, yol nişanlarının göstərişlərinə riayət etməli, maşınların dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar", - deyə Vagif Əsədov tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti