...

Azərbaycanda bir ildə 1300-dən çox adam qidadan zəhərləndi

Cəmiyyət Materials 16 Yanvar 2015 14:14 (UTC +04:00)
Ötən il ərzində Azərbaycanda 1308 nəfər qidadan zəhərlənib.
Azərbaycanda bir ildə 1300-dən çox adam qidadan zəhərləndi

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən il ərzində Azərbaycanda 1308 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, ötən il Azərbaycanda 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 23 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zərər çəkib. Botulizm nəticəsində 2 nəfər dünyasını dəyişib.

Ölüm hadisələrinin biri Ağabədidə, digəri Şirvanda baş verıb. Hər iki hadisəyə ev şəraitidə hazırlanmış pomidor turşusu səbəb olub.

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti