...

Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib

Cəmiyyət Materials 21 Yanvar 2015 15:43 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla görüş keçirilib.
Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunla görüş keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, səfir İsmayıl Alpər Coşqun Şuranın və ölkəmizin QHT sektorunun fəaliyyətini diqqətlə izlədiklərini bildirib.

Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində 2014-cü ildə həyata keçirdiyi fəaliyyət haqqında səfirə məlumat verərək qarşıdakı dövrdə də Azərbaycan dövlətinin QHT-lərə verdiyi hərtərəfli dəstəyin davam edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib, vətəndaş cəmiyyəti inistitutlarının milli mövzularda fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti