Hyuston Universitetinin rektoru: "Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir" (FOTO)

Hyuston Universitetinin rektoru: "Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir" (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Bakı Ali Neft Məktəbində olub və bir sıra işgüzar görüşlər keçiriblər. Renu Xatur geniş səfər proqramının sonunda müsahibə verib.

Qeyd edək ki, Renu Xatur 29 iyun 1955-ci ildə Hindistanda anadan olmuşdur. Kanpur Universitetində mühəndislik ixtisası üzrə bakalavr təhsilini almışdır. Magistratura və doktorantura təhsillərini isə Purdu Universitetində politologiya ixtisası üzrə almışdır. Beynəlxalq ekologiya siyasəti sahəsində tanınmış alimlərdən olan R.Xatur bu mövzuda çoxsaylı kitab və məqalələrin müəllifidir. Hyuston Universitetinə təyin olunmazdan öncə Florida Universitetində 22 il müddətində müxtəlif vəzifələrdə çalışmışdır. 2008-ci ildən etibarən R.Xatur həm Hyuston Universiteti Şəbəkəsinin prezidenti, həm də universitetin rektorudur. Bu universitetin ilk qadın rektoru və ABŞ-da elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə rəhbərlik edən ilk Hindistanlı immiqrantdır. Hazırda Amerika Təhsil Şurası, Dallas Federal Ehtiyatlar Bankı, Böyük Hyuston Tərəfdaşlığı, Hyuston Texnologiya Mərkəzi, Texas Tibb Mərkəzinin Siyasi Şurası, Biznes üzrə Ali Təhsil Forumu və Xarici Əlaqələr Şurasının üzvüdür və Amerikanın nüfuzlu Universitet rektorlarından biridir.

Xatırladaq ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir.

  • Azərbaycanla ABŞ arasında təhsil əlaqələri haqda nə deyə bilərsiniz?
  • Azərbaycanla Texas ştatı arasında təbii bağlar mövcuddur ki, bu da ilk növbədə neftə olan ortaq marağımızdan irəli gəlir. Bu, bizim öz ehtiyyatlarımızdan necə istifadə edəcəyimizlə, bunun üçün daha səmərəli istehsal yolları, kəşfiyyat yollarının mövcudluğu ilə və həmçinin, ən müasir texnologiyaya əsaslanan tədqiqatı necə aparmağımızla bağlıdır. Təhsil sahəsində də ortaq maraqlarımız çoxdur. Mən burada bir neçə ali təhsil müəssisəsində qonaq oldum. Onların bir çoxunun demək olar ki, binalarının quruluşunda, xüsusilə də, neft tədqiqatı, neft və qaz sahəsi ilə bağlı olan ixtisasartırma mərkəzlərinin oxşar tərəfləri var. Biz bir neçə sahələr üzrə əməkdaşlıq edə bilərik, xüsusilə də, tələbə və professor-müəllim heyətinin mübadiləsi sahəsində, bununla yanaşı, birgə tədqiqat imkanlarını da mütləq nəzərdən keçirə bilərik. Mübadilənin həyata keçirilməsi Azərbaycanlı tələbələr üçün böyük imkanlar yaradacaq. Onlar Hyuston Universitetində təhsil almaq imkanı qazana bilərlər.
  • Bakı Ali Neft Məktəbi ilə Razılaşma Protokolu imzalandı, bu əməkdaşlığın nə kimi perspektivləri olacaq?
  • Biz hər iki ali təhsil müəssisə ilə imzalanmış Razılaşma Protokolundan məmnun qaldıq və bundan çox razıyıq. Düşünürəm ki, bizim etdiyimiz kimi, Bakı Ali Neft Məktəbi də neft-qaz sahəsi üzrə gələcəyin işçi qüvvəsini hazırlamağı tam məsuliyyətlə öz üzərinə götürmüşdür. Bakı Ali Neft Məktəbi tədqiqat işlərinin aparılmasına da çox maraqlıdır, bu da bizim maraq sahələrimizdən biridir. İmzaladığımız Razılaşma Protokolu əsasında biz dərhal iki ölkə arasında tələbə mübadiləsini nəzərə alacağıq, eyni zamanda, məzunlar üçün ayrıca ixtisasartırma proqramlarının imkanlarını nəzərdən keçirəcəyik. Belə ki, Bakı Ali Neft Məktəbində bakalavrı bitirən tələbələr Hyuston Universitetində təhsillərini magistratura pilləsində davam etdirə biləcəklər. Biz həmçinin, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin Hyuston Universitetinə səfərini və eyni zamanda, Hysuton Universitetinin tələbə və müəllim heyətinin Bakı Ali Neft Məktəbinə səfərini təşkil edəcəyik. Bundan başqa, Hysuton Universitetinin və Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətinin birgə çalışa biləcəyi ortaq tədqiqat layihələrini də həyata keçirməyə çalışacağıq.
  • Məqsədə çatmaq üçün savad, bilik və iradə kifayət edirmi? Siz uğur qazanmış bir insan kimi nə deyə bilərsiniz?
  • Ümumilikdə deyə bilərəm ki, sadaladığınız 3(üç) faktor istənilən sahədə liderlik üçün çox mühüm amillərdir. Bununla belə, insanda xəyal etmə cəsarəti olmalıdır. Çünki Bakı Ali Neft Məktəbinin tələbələrinə qeyd etdiyim kimi, böyük və ya kiçik xəyal etmənin hər ikisi eyni cəhd gücünə malikdir və məsələn, mən böyüyü xəyal etdim. Çünki sizi irəli aparan və hətta bəlalara qarşı qoruyan məhz xəyallarınızdır. İkincisi isə, ürəkdən gələn istəkdir. Əgər bir istək dərin deyilsə, o zaman xəyal qurmağa belə dəyməz. Əks halda qarşına qoyduğun məqsədə doğru addımladıqda hər hansı bir maneə çıxsa büdrəyə bilərsən və məqsədi reallaşdırmaqdan geriyə çəkilə bilərsən. Ona görə də, hər zaman qərar verərkən bunu nə dərəcədə ürəkdən istəməyinizdən əmin olun. Üçüncüsü, sadəlikdir. Hər zaman düşünün ki, bu işi siz təkbaşına görməyəcəksiz və bu işi görməyə insanlar cəlb olunacaq və kömək edəcəklər. Onlara da kömək etmək sənin borcundur. Beləliklə, mənə görə liderlikdə ümumi vacib olan üç şey bunlardır. Amma bir nəfər məndən şansın nə dərəcədə əhəmiyyətli olmasını soruşmuşdu, mən dedim ki, şans çox mühümdür!
  • Əldə etdiyiniz nailliyyətlər üçün kimə və ya nəyə borclusunuz?
  • Mən hər zaman deyirəm ki, valideynlərimdən başlayaraq, həyat yolumda mənimlə birgə addımlayan hər kəsə, xüsusilə də, anama minnətdaram. Hətta anamla bağlı bir məqalə də yazmışam, çünki Hindistan kimi mühafizəkar (konservativ) bir ölkədə doğulmağıma baxmayaraq, anam hər zaman qardaşımla mənə eyni cəsarəti verdi və bizi hər zaman bərabər böyütdü, heç zaman ayrı-seçkilik göstərmədi. Bundan sonra mən savadlı və qəlbən böyük feminist olan biri ilə ailə həyatı qurdum. O, mənə söz verdi ki, missiyamda məni daim dəstəkləyəcək və artıq 40 ildir ki, o yanımda, arxamda və önümdədir. Ona görə deyə bilərəm ki, bu işdə onun böyük əməyi olub. Bundan başqa, mənim hər uğurumu qeyd edən və mənə cəsarət verən dostlarım var. Onlar mənim üçün çox vacibdirlər. Eyni zamanda, mənim asanlıqla hər hansı bir məsələ ilə bağlı məsləhətləşə və kömək istəyə biləcəyim rəsmi məsləhətçilərim var.
  • Qadın rektor, ailə və ailə öhdəlikləri, bunları necə uyğunlaşdırırsınız?
  • Bu çox yaxşı sualdır. Mən düşünürəm ki, ailəm olduğu üçün mən xoşbəxt insanlardanam. Belə ki, ailədə biri digərinə dəstək olur. Mənim iki qızım var və gördüyüm işlərdə qızlarımın, eynilə də, nailiyyətlərimdə həyat yoldaşımın da payı var. Çox vaxt heç hiss etmirəm ki, nə zaman işləyirəm və ya nə zaman ailəmlə birgəyəm, çünki biz hər şeyi bərabər edirik. Bundan başqa, mən yoqa ilə məşğul oluram və Hindistanda olan ailəmlə çox sıx əlaqə saxlayıram. Belə ki, mən bu əlaqələrdən çoxlu enerji və zövq alıram. Anam, bacılarım, qardaşlarım, bütün ailəm mənə həmişə dəstəkdirlər.
  • Bakı Ali Neft Məktəbində keçirdiyiniz görüşdə tələbələrin çoxsaylı suallarını cavablandırdınız. Tələbələrimiz haqda fikirlərinizi bilmək istərdik.
  • Tələbələrlə çox qısa, lakin çox təəssüratlandığım görüşlə bağlı deyə bilərəm ki, onların ingilis dili çox mükəmməl idi, dillə yanaşı, həmçinin özlərini, hisslərini, düşüncələrini və sualları dəqiq, aydın ifadə etmə bacarıqları inanılmaz idi. Sual üçün seçdikləri mövzular isə onların savadının göstəricisi idi. Ümumilikdə, mən onların təhsilə olan marağına və öz gələcəkləri ilə bağlı edə biləcəklərinə olan sevgiyə heyran qaldım. Bakı Ali Neft Məktəbinin savadlı və bacarıqlı tələbələrini gördükdən sonra deyə bilərəm ki, sizin ölkəniz etibarlı əllərdədir.
  • Səfər çərçivəsində bir çox görüşləriniz oldu, eyni zamanda Bakıda bir sıra tarixi, mədəni yerlərə baş çəkdiniz. Azərbaycandan hansı təəssüratlarla ayrılacaqsınız?
  • Burada aktiv və dinamik həyatla rastlaşdım. Düşünürəm ki, görüşlərimiz çox səmərəli keçdi. Görüşlərdən əlavə, ətrafda, ictimai mühitdə gördüyüm inkişaf, optimistlik və böyük gələcək duyğusu, göz oxşayan arxitektura məni heyrətləndirdi. Həyat olmalı olduğu kimidir - şən, inkişaf edən və optimist. Bakı Avropanın istənilən şəhərinə bənzədilə bilər. Bakı ilə Hyuston 1976-ci ildə qardaşlaşmış şəhərlərdir. Əminəm ki, bu təsadüfi deyildi. Hər iki şəhər eyni sahibkarlıq və optimizm ruhunu bölüşürlər. Gecələr Bakı Dubaya bənzəyirdi - qlamur, canlı və parlaq! Gündüzlər isə qara qızılını insan kapitalına çevirmək həvəsi ilə çalışırdı. Burdan sevgi dolu və sadəcə xoş təəssüratlarla ayrılıram.
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər