...

Azərbaycanın gələcək alimləri indidən müəyyənləşəcək

Cəmiyyət Materials 2 Fevral 2015 16:05 (UTC +04:00)
Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçiriləcək.
Azərbaycanın gələcək alimləri indidən müəyyənləşəcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsi keçiriləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunacaq.

Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq tədbirə seçim turudur.

Müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihənin təqdim olunması gözlənilir. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb.

Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti