...

Polad Bülbüloğlu Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Qızıl Ordeninə layiq görülüb

Cəmiyyət Materials 4 Fevral 2015 13:11 (UTC +04:00)
Görkəmli ictimai xadim və diplomat, Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri, professor Polad Bülbüloğlu Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) “Xidmətlərə görə” Qızıl Ordeninə layiq görülüb.
Polad Bülbüloğlu Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Qızıl Ordeninə layiq görülüb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Görkəmli ictimai xadim və diplomat, Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli Səfiri, professor Polad Bülbüloğlu Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Xidmətlərə görə" Qızıl Ordeninə layiq görülüb.

2015-ci il, 2 fevral tarixində Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Brüsseldə yerləşən Senatı cənab Polad Bülbüloğlunu Mədəniyyət, Siyasət və Diplomatiya sahələrində yüksək nailiyyətlərinə və göstərdiyi xidmətlərə görə Palatanın Qızıl Ordeni ilə təltif etmək qərarını qəbul edib.

Qeyd etmək lazımdır ki, Palatanın "Xidmətlərə görə" Qızıl Ordeni Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Senatı tərəfindən mühüm xidmətləri ilə seçilən və fəaliyyətində peşəkarlıq nümayiş etdirən ziyalı xadimlərə təqdim olunur.

Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatası (EEİG) 1985-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində təsis olunmuş beynəlxalq miqyasda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

EEİG-nin dünyanın 42 ölkəsində nümayəndəlikləri vardır, Azərbaycanda təşkilat 2008-ci ildən fəaliyyət göstərir. Palatanın əsas məqsədi Azərbaycanın və Aİ ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığa və təcürbə mübadiləsinə köməklik göstərməkdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti