...

Sumqayıtda azyaşlı uşağı oğurlayan qadına 12 il cəza istənildi

Cəmiyyət Materials 5 Fevral 2015 12:05 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Sumqayıtda azyaşlı uşağı oğurlayan qadına 12 il cəza istənildi

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Məhkəmə prosesi fevralın 11-ə təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki "Nəsimi" adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti